Sizin link burada

Şimali Koreya ABŞ-la dialoqu mümkünsüz sayır - RƏSMİ BƏYANAT

Rəsmi Pxenyan ABŞ administrasiyası ilə dialoqu mümkünsüz sayır.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu KXDR ordusunun yüksək rütbəli nümayəndəsi bəyan edib.

 

“Tramp kimi düşüncəsiz insanla sağlam dialoq mümkün deyil. Ona yalnız mütləq güc təsir edə bilər”, deyə Şimali Koreya rəsmisi bildirib.

 

Son sutka ərzində ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib. “Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər”, deyə D.Tramp bəyan edib.

 

 

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>