ABŞ-da hərbi təyyarə qəzaya düşdü

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “Northrop F-5” qırıcı təyyarə qəzaya uğrayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Florida ştatında təlim uçusu zamanı qeydə alınıb.

 

Məlumata görə, uğurla katapult edən pilot sağ qalıb. Onun müayinə üçün xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>