Sizin link burada

Bakıda “VAZ” piyadanı vurdu

Paytaxtın Binəqədi rayonunda piyadanı avtomobil vurub.

 

APA-nın məlumatına görə,  Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Novruzov Şükür Məhərrəm oğlunun idarə etdiyi "VAZ 2106" markalı, "90-OC-916" dövlət qeydiyyat nişanlı avtomobil 28-30 yaşlarında bir kişini vurub.

 

Sürücü xəsarətləri ağır olan piyadanı öz avtomobili ilə 1 saylı Xəstəxanaya çatdırıb. Yaralının vəziyyətinin hazırda ağır olduğu deyilir.

 

Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb.

 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>