Sizin link burada

Trampın uşaqlıq illəri keçən ev kirayəyə verilir - FOTOLAR

ABŞ Prezidenti Donald Trampın uşaqlıqda yaşadığı ev kirayəyə verilir.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, Donald Trampın uşaqlıq illərini keçirdiyi ev daşınmaz əmlak saytlarının birində kirayəyə verilir.

 

Günü 750 dollara təklif edilən ikimərtəbəli evdə 5 yataq, 3 vanna otağı var. Elanda bildirilir ki, bu ev Donald Trampın atası Fred tərəfindən tikilib. Associated Press xəbər verir ki, Paramount Realty USA şirkətinin nümayəndəsi elanın həqiqi olduğunu təsdiqləyib. Şirkət həmin evi bu ilin martında 2,14 milyon dollara satmışdı.

 

Elana görə, eyni zamanda 20 nəfərin yaşaya biləcəyi ev Nyu Yorkda yerləşir.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>