Sizin link burada

Qaçaqmalçılar gənc miqrantları suda batırdı - Yəməndə

Yəmən sahillərində qayıqda miqrantları daşıyan qaçaqmalçılar Efiopiya və Somalidən olan 120 yeniyetməni suya atıb.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi Beynəlxalq Miqrasiya Təşkilatına istinadən məlumat verib.

 

Məlumata əsasən, qaçaqmalçılar sahil mühafizəsi gəmilərinə bənzəyən gəmiləri gördükdən sonra yeniyetmələri qayıqdan tullayıblar.

 

Axtarış-xilasetmə əməliyyatı nəticəsində 29 yeniyetmə miqrantın meyiti aşkarlanıb, 22-si itkin düşüb. Ölən miqrantların orta yaşının 16 olduğu bildirilir.

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>