Sizin link burada

Məşhur fransız müğənni Bakıda konsert verəcək

Dünya şöhrətli fransız müğənni Patrisiya Kaas Bakıda konsert verəcək.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, konsert oktyabrın 18-də Heydər Əliyev Sarayında olacaq.

 

Patrisiya Kaasın 1988-ci ildə buraxılan “Mademuazel oxuyur” adlı ilk albomu müğənniyə Fransa, Belçika, İsveçrə, Almaniya, Avstriya və digər ölkələrdə böyük şöhrət gətirib. Onun uğur qazanmasının bir səbəbi də daim qastrolda olmasıdır. Xatırladaq ki, Patrisiya Kaas 2014-cü ildə Bakıda da konsert verib.

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>