Sizin link burada

Bakıda mənzildə 51 yaşlı kişinin meyiti tapıldı

Bakıda evdə kişi meyiti aşkarlanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1966-cı il təvəllüdlü Drojin Aleksandr Nikoloyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>