Tovuzda narkotik bitki becərən tutuldu

Bağında narkotik tərkibli bitki əkən Tovuz sakini saxlanılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində çətənə kolları əkib becərən Qovlar şəhər sakini, 1959-cu il təvəllüdlü Kərim Kərimov saxlanılıb.

 

Həyətyanı sahəyə baxış zamanı oradan aqrotexniki qaydada becərilən 10-a yaxın narkotik tərkibli çətənə kolu aşkarlanaraq məhv edilib. K. Kərimov çətənə kollarını öz istifadəsi üçün əkib becərdiyini deyib.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

LENT

20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>