Sizin link burada

ABŞ İraqda hərbi baza tikir

ABŞ hərbçiləri İraqın şimalında, Təlafər şəhəri yaxınlığında hərbi baza inşa edir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, baza şəhərin İŞİD terrorçularından azad edilməsi üçün tikilir.

 

Məlumata əsasən, işlər bitmək üzrədir, hərbi mütəxəssislər artıq işə başlayıb, əraziyə hərbi texnika gətirilib. Baza ətrafında həmçinin hərbi əməliyyata cəlb ediləcək təyyarələr üçün uçuş zolağı inşa olunur.

 

Qeyd edək ki, Təlafər şəhəri üç ildir İŞİD terror qruplaşmasının nəzarəti altındadır.

 

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>