Sizin link burada

Şirvanda qəribə məxluq peyda olub - VİDEO - FOTO



Şirvan sakini həyətində qəribə bir heyvan tapıb.

Lent.az ARB TV-yə istinadla xəbər verir ki, Ağasəməd İbrahimov canlını tutmağa nail olub.

Araşdırmalardan sonra məlum olub ki, bu heyvanın latınca adı "Vurmela perequsna"dı. Nadir ekzotik yırtıcı olan perequsnanın yayılma arealı şimal-qərbi Monqolustan, Çin, Balkan yarımadası Ön Asiya və Qərbi Avropadır.

Yırtıcının gövdəsinin uzunluğu 40 sm-ə yaxın, çəkisi 750 qramdır. Canlıya Aran bölgəsində rast gəlinməsi maraq doğurur. Hazırda yırtıcıya qida kimi qaynadılmış yumurta verilir.

Canlının zooparka və ya həvəskar ekzotik heyvan kolleksiyaçılarına verilməsi nəzərdə tutulub.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>