Sizin link burada

“Heç olmasa, “Zabrat” adını qoyaydılar” – Georgi Nikolov

“İnter”in adına 10 ildi davam edən hücumlar, axır ki, uğurla nəticələndi”. Apasport.az saytının məlumatına görə, bu sözlər Georgi Nikolova məxsusdu.  

 

Bakının “İnter” klubunun sabiq prezidenti sosial şəbəkədə maraqlı paylaşım edib. “İnter”in adının “Keşlə” ilə əvəzlənməsinə toxunan Nikolov bu haqda kinayəli status yazıb.

 

O, komandanın yeni adının “Zabrat” olmasını daha məqbul sayır: “Heç olmasa, “Zabrat” adını qoyaydılar. Axı bizim klub orada doğulub. İstənilən halda, keşləlilər rahat nəfəs ala bilərlər. “Aqrarkredit” isə “Keşlə Arena”da onlar üçün əlavə tribunalar tikdirməlidi”.

 

Qeyd edək ki, 2006-cı ildən klubda prezident postunu tutan bolqarıstanlı futbol adamı 2015-ci ilin dekabrında “İnter”dən kənarlaşdırılmışdı.

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>