Soldado “Fənərbaxça”ya keçir

“Fənərbaxça” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərtlilər” “Vilyarreal”ın hücumçusu Roberto Soldado ilə

razılığa gəliblər.

 

“Fənər” rəsmiləri Mahmut Uslu və Hasan Çətinkaya 32 yaşlı forvardla görüşmək üçün İspaniyaya yollanıb. Səfər müsbət sonluqla nəticələnib. Belə ki, İstanbul təmsilçisi həm Soldado, həm də “Vilyarreal” rəhbərliyi ilə ortaq məxrəcə gələ bilib.

 

Təcrübəli futbolçunun bu axşam Türkiyəyə yollanacağı bildirilir. Soldado tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.   

 

Qeyd edək ki, karyerası ərzində Madrid “Real”ı, “Osasuna”, “Xetafe”, “Valensiya” və “Tottenhem” klublarında da oynamış Soldado 2015-ci ildən “Vilyarreal”ın formasını geyinir. O, 2007-ci ildə debüt etdiyi İspaniya millisində 12 oyunda 7 qola imza atıb.

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>