Sizin link burada

Neymar PSJ-də nə vaxt meydana çıxacaq?

 

PSJ-nin yeni transferi Neymarın debütü bir qədər də yubanacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı hücumçu yeni komandasının heyətində ilk oyununa bu həftə də çıxa bilməyəcək.

 

Belə ki, “sambaçı”nın transferi ilə əlaqədar beynəlxalq sertifikat hələ də Fransa Futbol Liqasına təqdim edilməyib. Neymarın sabiq klubu “Barselona”nın həmin sənədi bilərəkdən gecikdirdiyi ehtimal olunur.  
 

Qeyd edək ki, PSJ Fransa çempionatının II turu çərçivəsində “Genqam”ın qonağı olacaq. Oyun avqustun 13-də keçiriləcək. 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>