Sizin link burada

Zığ və Masazırda sürüşmə aktivləşib

Bakı və Abşeron yarımadasında sürüşmə sahələrində mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun APA-ya verdiyi məlumata görə, Zığda, habelə Masazırda “Zəli gölü” adlanan ərazidə sürüşmə və uçqun proseslərinin dinamikasında nisbi aktivlik müşahidə edilir.

 

Dəstə rəisinin sözlərinə görə, bu ərazilərdə sürüşmə və uçqun prosesləri texnogen amillərin təsirindən aktivləşib.

 

R. Həsənov qeyd edib ki, Bakı və Abşerondakı digər sürüşmə və uçqun sahələrində stabillik qeydə alınıb. 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>