"Superkubok" finalının ən yaxşı oyunçusu kim seçildi?

UEFA Superkubokunda keçirilən "Real" – “Mançester Yunayted" matçının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Avropanın ali futbol qurumu Skopyedə baş tutmuş oyunda Madrid klubunun üzvü İskonu fərqləndirib.

 

Təcrübəli futbolçu komandasının ikinci qoluna imza ataraq, “qalaktikos”un qələbəsində mühüm rol oynayıb. UEFA da məhz bu məqamı və İskonun meydanda olduğu müddətdəki oyununu nəzərə alaraq, onu qarşılaşmanın ən yaxşısı seçib.

 

Qeyd edək ki, “Real”ın əzəli rəqibi “Barselona” bu yay nə qədər çalışsa da, İskonu heyətinə qata bilməyib. 

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>