Sizin link burada

"Real" bir gecədə iki rekordu yenilədi - RƏQƏMLƏR

 

“Real”ın UEFA Superkubokuna yiyələnməsi ilə turnirin tarixində iki rekord təkrarlanıb. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edən Madrid təmsilçisi ardıcıl Superkubok qazanmaq rekorduna şərik çıxıb.

 

Belə ki, ötən il də bu turnirin qalibi olan “Real” ardıcıl ikinci dəfə kuboku başı üzərinə qaldırıb. Yarışın tarixi ərzində iki komanda bunu bacarmışdı. Hərçənd UEFA yalnız “Milan”ın rekordunu tanıyır. İtaliyalılar 1989 və 1990-cı illərdə Superkuboka yiyələnib.

 

1972-ci ildə baş tutan ilk belə matç rəsmi sayılmadığından “Ayaks”ın ardıcıl iki Superkubok qazanması rəsmi sayılmır. Amma Amsterdam klubu da 1973-cü ildə əvvəlki titulunu qoruyub.

 

Son 4 ildə 3 dəfə Superkuboka yiyələnən “Real” ölkəsinə də rekord qazandırıb. 2014, 2016 və 2017-ci illərdə madridlilər, 2015-ci ildə “Barselona”nın titula yiyələnməsi sayəsində İspaniya ardıcıl 4 uğura sevinib. Bu, pireneylilərin öz rekordunun təkrarıdı. İspaniya klubları 2009-12-ci illərdə də 4 dəfə Superkuboka yiyəılənmişdi.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>