Müğənni çəkiliş zamanı faciə ilə üzləşdi

Türkiyəli müğənni Bülent Ersoyun Safiye Soyman, Banu Alkan və Burcu Esmersoyla hazırladığı yeni proqramda hər dəfə maraqlı anlar yaşanır.

 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Dünya gözəllərim” adlı proqramının bu dəfəki bölümü Vyetnamda çəkilib.

 

Çəkilişlər üçün Vyetnama yollanan məşhurların başına müxtəlif hadisələr gəlib.

 

Belə ki, Safiye Soyman yollarda gingerlə gəzənləri gördükdən sonra özü də onu sınaqdan keçirmək istəyib.

 

Əvvəlcə yaxşı başlayan ginger macərası sonda faciə ilə nəticələnib. Belə ki, yerə yıxılan Soymanın köməyinə ilk olaraq Banu Alkan gəlib.

 

Yaşadığı çətin anlara ən çox özü gülən sənətçi "Çox şükür heç bir yerimi sındırmadım. Mənim üçün gözəl bir an oldu” deyib.

 

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>