Sizin link burada

Asiyanın ən zəngin sakini bəlli oldu

“Alibaba Group” nəhəng elektron ticarət resursunun sahibi Cek Ma “Forbes”  jurnalının Asiyanın ən zəngin adamlarının reytinqində liderliyi əldən verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Tencent Holdings” telekommunikasiya şirkətinin rəhbəri Ma Xuaten  ilk dəfə reytinqdə birinci yerdə qərarlaşıb.   

 

Məlumata görə,  Ma Xuatenin sərvəti 37 mlrd. dollar, Cek Manın isə 36,4 mlrd. dollar təşkil edir.

 

Çinin “Tencent” şirkəti populyar  “WeChat” messencerinin və bir neçə onlayn oyunun yaradıcısıdır.  

 

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>