Sizin link burada

Çin silkələndi: 9 ölü, 164 yaralı - YENİLƏNİB

Çinin Siçuan əyalətində 7 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə, xəsarət alanların sayı isə 164 nəfərə çatıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli administrasiyanın məlumatında bildirilir.

 

Qeyd edək ki, ötən gün yerli vaxtla 21.19-da (Bakı vaxtı ilə 17.19-da) qeydə alınan təkanlar yer səthindən 8 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar 20 mindən çox evə ziyan vurub. Zəlzələdən sonra bir-birinin ardınca 100-dən çox afterşok qeydə alınıb. 

 

 

***** 21.34

 

Çinin Siçuan əyalətində 7 bal gücündə zəlzələ olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, zəlzələ nəticəsində 5 nəfər ölüb, 63 nəfər xəsarət alıb. Ölən şəxslərin turist olduğu bildirilir. Yerli vaxtla 21.19-da (Bakı vaxtı ilə 17.19-da) qeydə alınan təkanlar yer səthindən 8 km dərinlikdə qeydə alınıb.

 

Çinin fövqəladə halların fəsadlarının aradan qaldırılması üzrə milli komissiyası zəlzələ nəticəsində yüzlərlə insanın öldüyünü, minlərlə şəxsin xəsarət aldığını ehtimal edir. Yeraltı təkanlar 20 mindən çox evə ziyan vurub. 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>