Sizin link burada

Tiflis Putinin Abxaziyaya səfərini pislədi

Gürcüstan XİN-i Rusiya prezidenti Vladimir Putinin ölkənin separatçı bölgəsi Abxaziyaya səfərini pisləyib. APA-nın xəbərinə  görə, bu barədə  Gürcüstan XİN-in rəsmi bəyanatında bildirilir.  

 

XİN, Rusiya prezidentinin separatçı bölgəyə səfərinin fundamental normaları və beynəlxalq qanunvericiliyi pozduğunu qeyd edib.

 

 “XİN Rusiyanı Gürcüstanın dövlətçiliyinə qarşı yönəlmiş təxribatçı addımlara son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb”, - deyə bəyanatda bildirilir.

 

Gürcüstan XİN-i Rusiyanın beynəlxalq öhdəlikləri icra etməsi üçün beynəlxalq ictimaiyyəti effektiv tədbirlər görməyə çağırıb.  

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>