Sizin link burada

“İnter” ev oyunlarını bu stadionda keçirəcək - AÇIQLANDI

 

“İnter”in 2017/18 mövsümündə ev oyunlarını hansı stadionda keçirəcəyinə aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi “İnter Arena”dan ayrılmayacaq.

 

Klub bununla bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, AFFA və “Aqrarkredit” SKT arasında aparılan danışıqlar nəticəsində “İnter”in əsas və uşaq komandalarının yeni mövsümdə də “İnter Arena” stadionunda qalaraq, fəaliyyət göstərməsi qərara alınıb.

 

Bu isə o deməkdi ki, “İnter” növbəti mövsümdə də ev oyunlarını “İnter Arena”nın əsas meydançasında keçirəcək. Uşaq-Gənclər Futbol Məktəbinin komandaları da bu arenada fəaliyyət göstərəcək. 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>