Sizin link burada

Dibalanın əvəzinə 85 milyon avro və bir oyunçu - O KİMDİR?

 

Yuventus”un hücumçusu Paulo Dibala daha bir təklif alıb. Apasport.az saytı “Tuttosport”a istinadən xəbər verir ki, argentinalı futbolçu ilə “Real” da yaxından maraqlanır.

 

Madrid klubu qarşı tərəfə rəsmi təkliflə müraciət etməyi düşünür. “Qalaktikos” bu keçidin baş tutması üçün “Yuventus”a 85 milyon avro və xorvatiyalı futbolçu Mateo Kovaçiçi verməyə hazırdı. İtaliyalıların təklifə necə cavab verəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, 23 yaşlı futbolçu 2015-ci ildən “Yuventus”un formasını geyinir. O, “qoca sinyora”nın heyətində bu vaxta qədər 94 oyunda 42 qola imza atıb.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>