Serxio Ramos: "“Real” üçün böyük gündür"

“Real”ın kapitanı olduğum üçün qürur duyuram. Bu gün bizim tariximizdə böyük gündü”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Madrid “Real”ının futbolçusu Serxio Ramos deyib.

 

“Qalaktikos” bu gün UEFA Superkubokunda “Mançester Yunayted”lə üz-üzə gələcək.

 

Ölkəsinin mətbuatına açıqlama verən Ramos görüşə ciddi yanaşdıqlarını bildirib: “Mançester Yunayted”lə oyunu qiymətləndirməmək olmaz. Çünki Çempionlar Liqasındakı uğurun hesabına daha bir mükafat qazanmaq şansı əldə etmişik”.

 

Təcrübəli müdafiəçi söhbət əsnasında “Real”ın baş məşqçisi Zinəddin Zidanla “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyonu müqayisə edib: “Komanda hər məşqçi ilə dəyişir. Buraya taktiki sxemdən tutmuş paltardəyişmə otağındakı vəziyyətə qədər hər şey daxildi. Zidan paltardəyişmə otağındakı ab-havanı əla başa düşür. Çünki özü də vaxtilə futbolçu olub. Mourinyo isə daha təcrübəlidi. Mənim üçün hər ikisi əla məşqçidi”.

 

Qeyd edək ki, “Real” – “Mançester Yunayted” matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

LENT

20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>