Sizin link burada

İsraildə hərbi helikopter qəzaya düşdü - 1 ölü, 1 yaralı

İsrail Hərbi-Hava Qüvvələrinə məxsus “Apache” helikopteri qəzaya uğrayıb.

 

APA-nın “İsraelmedia”ya istinadən verdiyi xəbərə görə, insident Negev səhrasında yerləşən hərbi bazada, təlim uçuşu zamanı baş verib.

 

Qəza nəticəsində helikopterin pilotu ölüb, ikinci pilot yaralanıb. Xəstəxanaya çatdırılan hərbçinin vəziyyəti ağırdır. İnsidentin səbəbləri araşdırılır.

 

Hadisə ilə əlaqədar “Apache” helikopterlərinin uçuşuna müvəqqəti qadağa qoyulub.

 

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>