Sizin link burada

Çeçenistanda təyyarə minik avtomobili ilə toqquşdu

Çeçenistanın Şelkovsk rayonunda magistral yolda yüngülmotorlu təyyarə minik avtomobili ilə toqquşub.

 

APA-nın xəbərinə görə, bu barədə “Grozny.tv” Çeçenistan DİN mətbuat xidmətinə istinadən məlumat verib.

 

Məlumata əsasən, “Rа 0508A” yüngülmotorlu təyyarə naməlum səbəbdən avtomobil yolundan havaya qalxmağa cəhd edərkən “İJ” markalı maşına çırpılıb.

 

Hadisə nəticəsində ağır xəsarət alan pilot xəstəxanaya yerləşdirilib. Polis hadisənin təfərrüatlarını araşdırır.

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>