Pakistanda yük maşını partladıldı - 34 yaralı

Pakistanın Lahor şəhərində törədilən partlayış nəticəsində yaralananların sayı 34 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin qərb hissəsində yük maşını partladılıb. Hadisə nəticəsində yaxınlıqda yerləşən bina və avtomobillərə ziyan dəyib.

 

Məlumata əsasən, meyvə-tərəvəz daşıyan yük maşınında partlayıcı qurğu işə salınıb.

 

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>