Sizin link burada

İraqda Brüssel terrorunun təşkilatçısı öldürüldü

İraqda Brüsseldə törədilən terror aktının təşkilatçısı kimi tanınan, İŞİD terror təşkilatı ilə əlaqəli şəxs məhv edilib.

 

APA-nın məlumatına görə, bu barədə RTL telekanalı xəbər verib.

 

Məlumata əsasən, Belçika vətəndaşı olan Əbu Həmzə əl-Beljiki Mosul şəhərinin azad edilməsindən sonra İraq hərbçiləri tərəfindən öldürülüb.

 

Xatırladaq ki, 2016-cı il, martın 22-də Belçika paytaxtının hava limanı və metropolitenində törədilən terror aktları nəticəsində 32 nəfər ölüb, 300-dən çoxu yaralanıb.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>