“Mançester Yunayted”in futbolçusu “Lids”də - FOTO

Çempionşipdə çıxış edən “Lids” klubu heyətinə yeni futbolçu qatıb. Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi müdafiə xəttini gücləndirib.

 

Belə ki, “Lids” “Mançester Yunayted”in üzvü Kameron Bortvik-Ceksonu icarəyə götürüb. Razılaşmaya əsasən, 20 yaşlı futbolçu qarşıdakı 1 ili Çempionşip klubunda keçirəcək.

 

Qeyd edək ki, Bortvik-Cekson ötən mövsüm icarə əsasında “Vulverhempton”un formasını geyinib.

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>