Messi o ölkədə tarixin ən yaxşı futbolçusu seçildi

 

İspaniya futbol tarixinin ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, ölkənin Futbol Tarixi və Statistikaları Araşdırmaları Mərkəzinin apardığı təhlildə “Barselona”nın üzvü Lionel Messi bütün rəqiblərini qabaqlayıb.

 

Ən yaxşı futbolçunu müəyyənləşdirmək üçün 9280 futbolçunun, 86 mövsümün nəticələri analiz edilib. Yekunda 545 xal toplayan argentinalı hücumçu İspaniya futbol tarixinin ən yaxşısı hesab edilib.

 

İkinci yerdə “Real”ın əfsanəvi oyunçusu, 528 xala sahib olan Raul qərarlaşıb. Keçmiş “Barselona”lı Sezar Sançes isə 524 xal toplayıb və üçüncü olub.

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>