Sizin link burada

Rusiyada faciə: bir ailənin 9 üzvü yanaraq öldü

Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.

 

APA – nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə  Başqırdıstan FHN-nin mətbuat katibi Yelena Mavlütova bildirib.

 

“Hadisə Birsk rayonunda baş verib. Yanğın nəticəsində 5 həddi-buluğa çatmamış uşaq daxil olmaqla, bir ailənin 9 üzvü yanaraq ölüb”, deyə Y.Mavlütova qeyd edib. Onun sözlərinə görə, hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Yanğının səbəbləri araşdırılır.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>