İngiltərə Superkubokunun qalibi bəlli oldu

Futbol üzrə İngiltərə Superkubokunun qalibi bəlli olub.

 

APA-nın məlumatına görə, həlledici görüşdə “Uembli” stadionunda son ölkə çempionu “Çelsi” ilə İngiltərə Kubokunun qalibi "Arsenal” üz-üzə gəlib.

 

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1. Penalti seriyasında daha dəqiq olan "Arsenal" 4:1 hesabı ilə qalib gələrək Superkuboka sahib çıxıb.  Qeyd edək ki, bu, “Arsenal”ın tarixində qazandığı 15-cı Superkubokdur.

 

“Arsenal”-“Çelsi” 1:1 (4:1)

Qollar: Kolaşinats (82); Mozes (46)

 

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>