Sizin link burada

Veratti son qərarını verdi

Marko Veratti ən az bu mövsüm PSJ-dən ayrılmayacaq. Apasport.az saytının məlumatına görə, “Barselona”ya keçəcəyi deyilən italiyalı yarımmüdafiəçi özü açıqlama verib.

 

“Sky Sport İtalia”ya danışan İtaliya millisinin oyunçusu Neymarın Paris klubuna transferinin qərarına təsir etmədiyini deyib: “Barselona” məsələsi artıq geridə qalıb. Heç kimlə danışıqlar aparmamışam. PSJ-də qalacam. Bu qərara gəlməyimdə Neymarın PSJ-yə transferinin heç bir rolu olmayıb. Daha əvvəl bu barədə qərar vermişdim. Həmin vaxt Neymarın bizim kluba keçəcəyini bilmirdim”.

 

Qeyd edək ki, Veratti 2012-ci ildən Paris təmsilçisinin şərəfini qoruyur.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>