Keçmiş “Qəbələ”li İngiltərə klubunda

“Qəbələ”nin keçmiş oyunçusu Rikardinyonun yeni klubunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, braziloyalı sol cinah müdafiəçisi karyerasını İngiltərədə davam etdirəcək.

 

O, Birinci Liqa (səviyyəcə üçüncü divizion) klubu “Oksford Yunayted”lə anlaşıb. Bu barədə BBC xəbər yayıb.

 

Bildirilib ki, Rikardinyo ilə bir illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, braziliyalı müdafiəçi 2015-ci ildən 2017-ci ilə kimi “Qəbələ”də çıxış edib.

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>