Sizin link burada

Balakəndə yol və Uşaq İncəsənət Məktəbinin tikintisinə pul ayrıldı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncamla 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq  3,0 (üç) milyon manat ayrılıb.

Bundan başqa, Prezidentin digər sərəncamı ilə Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq  3,0 (üç) milyon manat ayrılıb.

Hər iki sərəncamda  nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.

 

 

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>