Həsən Ruhaninin andiçmə mərasimi keçirilib

Bu gün İranın İslam Respublikasının 12-ci prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi keçirilib.

 

APA-nın Tehran bürosunın məlumatına görə, andiçmə mərasimi İran parlamentinin binasında baş tutub.

 

Tədbir ölkə himninin və Quran ayələrinin oxunuşu ilə başlayıb.

 

Daha sonra parlamentin spikeri Əli Laricani və məhkəmə hakimiyyətinin rəhbəri Sadeq Amoli Laricani çıxış ediblər.

 

Tədbirin rəsmi hissəsi İran prezidentinin çıxışı və and mətninin imzalanması ilə başa çatıb. And içən prezident İslamın, ölkəsinin əmin-amanlığın və qanunların aliliyinin qorunması üçün əlindən gələni edəcəyinə söz verib.


Mərasimdə 92 ölkədən 1200 qonaq iştirak edir. Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oktay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
 

İranda prezident seçkiləri mayın 19-da keçirilib. Rəsmi məlumata əsasən, H. Ruhani seçicilərin 57%-nin səsini toplamağı bacarıb. Onun əsas rəqibi İbrahim Raisi səslərin 38%-ni toplayıb.
 

İran prezidentinin inauqurasiyası ayrı günlərdə keçirilən iki mərhələdən ibarətdir.


Birinci mərhələ İranın ali dini lideri Əli Xamneyinin, hakimiyyətin bütün nümayəndələri və hərbi elitasının iştirakı ilə baş tutur. İkinci mərhələ isə andiçmə mərasimindən ibarətdir və parlamentin binasında keçirilir. 

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>