Yığmamızın üzvü oynadı, komandası uduzdu

Millimizin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubu yeni mövsümün hazırlığını davam etdirir. Apasport.az saytı xəbər verir ki, Bursa təmsilçisi növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Yılmazın komandası “Balıkesirspor”la qarşılaşıb. Görüş “Bursaspor”un 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

 

Superliqa klubunun baş məşqçisi Pol Le Quen millimizin üzvünə əsas heyətdə yer verib. Yılmaz oyunu əvəzlənmədən keçirib.

 

Qeyd edək ki, “Bursaspor”un “Keçiörengücü” ilə keçirdiyi əvvəlki yoxlama matçında (4:0) Dəniz Yılmaz 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.
 

LENT

20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>