Sizin link burada

Manat ABŞ dollarına nəzərən 3,9% möhkəmlənib

AMB manatın məzənnəsinə sabitləşdirici təsir göstərən amilləri açıqlayıb
Bu ilin 6 ayında manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.
 
“APA-Economics” Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, dövr ərzində tədiyə balansının yaxşılaşması, eləcə də dövlət sektorunun xarici valyutada bir sıra öhdəliklərinin valyuta bazarından kənarda tənzimlənməsi valyuta bazarına tarazlaşdırıcı və manatın məzənnəsinə sabitləşdirici təsir göstərib.
 
Sənəddə qeyd olunub ki, yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb, ikinci rüb ərzində isə sabitləşib.
 
“2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1,7707 manat səviyyəsində olubsa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1,9200 manata qalxıb, 26.05.17-01.06.17 tarixlərində isə minimum həddinə - 1,7020 manata enib. 2017-ci ilin I yarısının sonuna manat ABŞ dollarına nəzərən 3,9% möhkəmlənib. 2017-ci ilin I yarısı ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,74 manat təşkil edib. Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 1,4% bahalaşıb. NEM-nin 0,8% ucuzlaşması REM-ə azaldıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə artırıcı təsir edib”, - deyə sənəddə vurğulanıb.
 
Pul Siyasəti İcmalında o da vurğulanıb ki, yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir: “30 iyun 2017-ci il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4964,1 mln. dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyib”.

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>