Sizin link burada

Bəstəkarlar arasında estrada müsabiqəsi elan olunub

Mədəniyyət kanalının, Azərbaycan Radiosunun təşkilatçılığı ilə bəstəkarlar arasında estrada janrında mahnı müsabiqəsi elan olunub. Lent.az-ın məlumatına görə, Mədəniyyət kanalının direktoru Ramil Qasımov deyib ki, müsabiqənin keçirilməsində əsas məqsəd müasir estrada mahnılarının yaranmasına xidmət etmək, eyni zamanda müasir bəstəkarlar tərəfindən yazılan mahnıları üzə çıxarmaq, istedadlı gənclərə dəstək olmaqdır. Müsabiqə həmçinin ölkəmizin müasir iqtisadi-mədəni inkişafının mədəni müstəvidə işıqlandırılmasını təmin edəcək, eyni zamanda yüksək səviyyəli mədəniyyət nümunələri geniş tamaşaçı kütlələri arasında təbliğ olunacaq.

Ramil Qasımov qeyd edib ki, Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi öz üzərinə götürür. Yetişməkdə olan gənc nəslin maariflənməsi Azərbaycan Televiziyasının əsas məqsədlərindəndir. Bu baxımdan da belə müsabiqələrin keçirilməsi təqdirəlayiqdir.

Layihədə 20 müasir gənc seçiləcək və bəstəkarların yeni əsərləri televiziya və radio vasitəsilə təbliğ olunacaq. Bəstəkarlar arasında keçirilən estrada mahnılarından ibarət müsabiqədə 20 nümunəvi mahnı seçiləcək, daha sonra “Odlar ölkəsi” adlı layihəyə start veriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər estrada janrında olan əsərlərin notunu və elektron formada müğənninin ifasını avqust ayının 25-dək medeniyyettv@aztv.az ünvanına göndərməlidirlər.

Müsabiqənin informasiya dəstəyi APA, APA.TV və Lent.az saytlarına məxsusdur.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017

Digər xəbərlər >>>