Gürcüstana buraxılmayan alim: “...anlaşılmazlıq aradan qalxacaq”

Tanınmış tarixçi alim, Bakı Dövlət Universitetinin müəllimi, əslən Boçalıdan olan Kərəm Məmmədov bu günlərdə doğma yurduna buraxılmayıb. Onu Gürcüstan sərhədçiləri geriyə qaytarıblar.

 

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən tarixçi bildirib ki, iyulun 29-da ailə üzvləri ilə birlikdə Gürcüstana gedərkən gürcü sərhədçilər tərəfindən saxlanılıb və ailə üzvləri qonşu ölkəyə buraxılsa da, K.Məmmədova icazə verilməyib: “Mən Gürcüstan doğulub, 17 yaşıma qədər orada yaşamışam, təhsil almışam. Hər yay doğulduğum yerlərə gedirdim. İndi isə heç bir səbəb göstərmədən məni evimə buraxmadılar. Bu vaxta qədər belə problem yaşanmamışdı”.

 

Kərəm Məmmədov məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyini məlumatlandırdığını deyib: "Düşünürəm ki, bu, texniki bir problemdir. Ümid edirəm ki ən qısa zamanda məsələ həllini tapacaq, anlaşılmazlıq aradan qalxacaq. Hazırda araşdırma aparılır".

 

Qeyd edək ki, Kərəm Məmmədov bir müddət əvvəl “Borçalı” cəmiyyətinin sədri seçilmiş, qısa bir müddət sonra vəzifəsindən istefa vermişdi.

 

“Borçalı” Cəmiyyətinin əvvəlki sədri Zəlimxan Məmmədli də bir neçə ildir ki, Gürcüstana buraxılmır.

 

LENT

20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>