Sizin link burada

Gənc istedadlar Qəbələ festivalının tamaşaçılarına unudulmaz anlar yaşadıblar

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera konserti keçirilib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, səhnəyə çıxan Azərbaycanın tanınmış gənc musiqiçiləri-bir sıra beynəlxalq müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü, hazırda İtaliyanın Ozimo şəhərində təhsil alan Məhərrəm Hüseynov (bariton), İtaliyanın Milan şəhərindəki “La Scala” Akademiyasında təhsilini davam etdirən Azər Rzazadə (tenor), eləcə də “La Scala” Akademiyasının uşaq xorunun üzvü olan 9 yaşlı, italiyalı Canluicci Sartori (tenor) və Y. Obraztsova adına Beynəlxalq Musiqi Akademiyasının solisti Elnarə Məmmədova (soprano) bəstəkar S.Raxmaninov, C.Puccini, F.Bədəlbəyli, A.Məlikov, G.Hendel, A.Zeynallının unudulmaz əsərlərini ifa ediblər.
 
Musiqiçiləri pianoda beynəlxalq müsabiqələrin qalibi, Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetinin məzunu Müşfiq Quliyev müşayət edib. Konsert tamaşaçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.
 
Qeyd edək ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı və “Gilan Holdinq”in dəstəyi ilə keçirilir. 

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017

Digər xəbərlər >>>