Müğənnilər geyimlərinə xərclədikləri qiyməti açıqladılar - 1000 avro

Müğənnilər bu dəfə geyimlərindən, onlara xərclədiyi pullardan danışıb. 
 
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, "Xəzər maqazin" sorğu apararaq, onların qarderobunı, əyinlərindəki libasların qiymətini soruşub: 
 
Yaşar Yusub: “Əynimdəki köynək və kostyum birlikdə 600 manatdır. Ayaqqabı 160 manatdır. 



 
Elton Hüseynəliyev: “Ürəyimə yatan paltar olanda brend olması əsas deyil. Brendlə dünyaya gəlməmişik ki... Həddindən çox ayaqqabım var. Əynimdəki kostyum 650, köynək 80, ayaqqabı 240-250 manatdır". 

Elvin Abdullayev: “Xoşuma gələn nəsə olsa, metronun üstündən də alaram. Saatım və dəst kostyumlarım çoxdur. Saat 180, kostyum 650, ayaqqabı 150 manatdır".

Günay İbrahimli: “Ola bilər şalvar adi, köynək brend olsun. əsas yaraşanı geyinirəm. Sumkalarım və ayaqqabılarım brend olmalıdır. Bir də kələğayı çox alıram. Paltarım 250 manat, ayaqqabım min avrodur". 

Emil Bədəlov: “Brendə o vaxt qaçaram ki, təlabatımı rahat ödəyirəm. Onda gedib düşünmədən 12 minə kostyum alaram. Ayaqqabı sevirəm. Kostyumumu 400, ayaqqabını 180, cinsim isə 80 manatdır".

Səidə Siltan: "Brend əsas deyil. Böyük sırğalar sevirəm. Bütün geyimim 500 manatı keçər".

Fatimə Fətəliyeva: "Sabah cehiz almalıyam, bahalı paltara niyə pul xərcləyim? Ayaqqabım çoxdur. Amma geyimim 75 manatdır. Sırğam da bahalıdır, 75 manat edir. Üzüyüm isə 30-35 manatdır. Çantamı isə 250 manata almışam". 

Sevda Yahyayeva: "Geyimin qiymətinə önəm vermirəm. Əsas mənə yaraşan olsun. Cins şalvarları çox sevirəm".

Rəşad İlyasov: "Yaxaya taxılan aksessuardan əl çəkə bilmirəm. Bu kostyumumu tikdirmişəm, qiyməti 1600 manatdır".

LENT

20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>