Azad Cavadov Fond rəhbərliyindən azad olunub

Vüqar Abdullayev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilib.
 
APA-nın məlumatına görə, ölkə başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası V. Abdullayevə həvalə edilib.
 
Qeyd edək ki, indiyədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini Azad Cavadov tuturdu. Onun səlahiyyət müddəti başa çatıb.

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>