Azərbaycan İsveçrədən 362 kq qızıl qəbul edib

Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan hökumətinin mənfəət payı olan - 11655,2 troy unsiya (362,6 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qızıl Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.

 

Bundan əvvəl həmin yataqdan hasil edilmiş Azərbaycan hökumətinin mənfəət payı olan -49158,6 troy unsiya (1529,1 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib. Ümumilikdə, Mərkəzi Bankda saxlancda olan Azərbaycan hökumətinə məxsus qızılın miqdarı 60813,8 troy unsiyaya (1891,7 kiloqrama) çatdırılıb. Onun bu günə bazar dəyəri 75,8 milyon ABŞ dolları təşkil edir.

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>