Sizin link burada

Azərbaycan Pakistandan 10 təlim-məşq təyyarəsi alıb

Azərbaycan Pakistandan HHQ üçün 10 "Super Mushshak" təlim-məşq təyyarəsi alıb.

Trend-in məlumatına görə, bu barədə Xinhua agentliyi Pakistan HHQ bəyanatına istinadən xəbər verir.

Təyyarələrin alınması ilə əlaqədər Azərbaycanda baş tutan imzalanma mərasimində Pakistan aviasiya Marşalı Arşad Malik və Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov iştirak ediblər. 

Saziş həmçinin təlimin keçirilməsini və texniki yardım göstərilməsini nəzərdə tutur.

"Bu əlamətdar saziş qardaş ölkələr arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək", - deyə bəyanatda bildirilir. 

Bu tipli təyyarə artıq Türkiyə, Nigeriya, Qətər Səudiyyə Ərəbistanı, Oman, İran və CAR-da istifadə olunur.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>