® Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

 

“Azercell Telekom” MMC-nin Mobil Diş Klinikası 2017-ci ilin yanvar-iyun ayları ərzində həyata keçirdiyi müayinələr haqqında hesabatı açıqlayıb. Yanvar ayında Mobil Diş Klinikası Pirşağıda 10 saylı internat evindəki 124 uşağa xidmət göstərib. Fevral və mart ayları ərzində klinikanın həkimləri Zəngilan şəhərciyi tam orta məktəbinin 50 nəfər şagirdini müayinəyə cəlb ediblər. Aprel və may aylarında Əhmədli qəsəbəsi SOS Uşaq Kəndində məskunlaşan 102 nəfər uşaq peşəkar stomatoloji xidmətdən yararlana bilib. İyun ayında isə həkimlər Yasamal Rayonu Əlillər Təşkilatında 47 nəfərə təmənnasız yardım ediblər.

Ümumilikdə yanvar-iyun ayları ərzində 323 nəfər müayinədən keçib.

Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar, Lənkəran, Lerik və Balakəndə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Biləsuvarda yerləşən Qaçqın düşərgəsində və internat məktəbində uşaqlara xidmət göstərib. 

Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC  Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Fəaliyyət göstərdiyi 6 il ərzində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu təqdirdə müalicə alıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. 

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>