Sizin link burada

Qənirə Paşayeva TBMM başqanı ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Böyük Millət Məclisinin başqan İsmail Kahramanla görüşüb. Lent.az xəbər verir ki, “Birlik” vəqfinin Aksaray şöbəsinin açılışı şərçivəsində keçirilən görüş zamanı baş tutan görüşdə TBMM başqanı “Hər zaman Azərbaycanın yanındayıq, Qarabağ problemi bizim də, hamımızın problemimizdir. Dünyanın gözü önündə böyük haqsızlıq işlənilir. Ortada bir işğal var. Azərbaycan torpaqları işğal olunub və təssüf ki bu işğal davam edir. Biz hər zaman Qarabağ məsələsində Azərbaycanın yanındayıq və yanında olacağıq” sözlərini deyib.

 

İsmail Kahraman Türkiyənin müxtəlif bölgələrində Qarabağ parkları və abidələrinin açılmasının çox önəmli olduğunu xüsusi vurğulayıb.

 

 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>