Sizin link burada

Əliyevlə Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

 

APA-nın məlumatına görə, bundan başqa, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

 

Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparılıb.

 

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

 

Azərbaycan prezidentinin Rusiyaya işgüzar səfəri iyulun 22-də başa çatıb.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>