Çimərlikdə 31 yaşlı kişi döyüldü

Bakıda çimərlikdə döyülmə hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Mərdəkan çimərliyində qeydə alınıb.

 

1986-cı il təvəllüdlü Xankişiyev Elşən Şirinbala oğlu ilə tanımadığı şəxslər arasında hələlik müəyyən edilməmiş səbəbdən mübahisə yaranıb. Mübahisə böyüyüb və həmin şəxslər Elşən Xanbabayevi döyüblər. 31 yaşlı kişi aldığı xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Elşən Xankişiyevi döyən şəxslər axtarılır.

LENT

25 Sentyabr 2017
24 Sentyabr 2017

Digər xəbərlər >>>