Sizin link burada

Bu il uşaqlara ən çox bu adlar qoyulub - SİYAHI

Bu ilin altı ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.

 

Lent.az-ın azvision.az-a istinadən xəbərinə görə, Ədliyyə Nazirliyinin məlumatına əsasən, bu ilin birinci yarısında doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. İlin əvvəlindən 1343 uşağa Yusif adı verilib.

 

Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Əli (1006), Hüseyn (900), Ömər (752), Uğur (694), Məhəmməd (668), Murad (608), Ayxan (489), İbrahim (410) və Tunar (400) tutur.

 

Bu ilin altı ayı ərzində qız uşaqlarına ən çox Zəhra adı verilib (1256 dəfə). Sonrakı yerlərdə isə Nuray (1015), Zeynəb (760), Məryəm (721), Fatimə (713), Aylin (683), Mələk (653), Dəniz (638), Damla (508), Ayandır (494).

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>