Biləsuvarda iki ev yandı

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

 

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Bəydilli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evin lambirdən ibarət dam örtüyü 15 m2 sahədə, ümumi sahəsi 600 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 450 m2 sahədə, çardağına yığılmış 30 ton ot bağlamasının 20 tonu və yaxınlıqdakı digər vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 3 otaqlı evin lambirdən ibarət tavanı 5 m2 sahədə yanıb.

 

Hər iki evin, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

LENT

25 Sentyabr 2017
24 Sentyabr 2017

Digər xəbərlər >>>